"Nottingem"in Çempionlar Liqası ümidləri azaldı

İngiltərə Premyer Liqasının 36-cı turunda "Nottingem Forest" doğma meydanda artıq liqanı tərk etməsi dəqiqləşən "Lester Siti" ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, gərgin keçən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
"Nottingem Forest"in qollarını 25-ci dəqiqədə Gibbs-Vayt və 56-cı dəqiqədə Vud vurub. "Lester Siti" isə 16-cı dəqiqədə Koadi və 81-ci dəqiqədə Buonanotte ilə cavab verib.
Bu nəticə ilə "Nottingem Forest" xallarını 62-yə yüksəldib və 7-ci pillədə qalıb. Artıq liqanı tərk edəcəyi təsdiqlənən "Lester Siti" isə 22 xalla 19-cu yerdə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved