Noyer Müllerə çatdı

"Bayern" klubunun qapıçısı Manuel Noyer Bundesliqada yeni bir rekorda şərik olub.
90plus.az xəbər verir ki, təcrübəli qolkiper turnirin 6-cı turunda “Ayntraxt” üzərində 3:0 hesablı qələbə ilə başa çatan qarşılaşmadan sonra Bundesliqada qazandığı qələbələrin sayını sabiq komanda yoldaşı Tomas Müllərlə bərabərləşdirib.
Bu matç Noyerin Bundesliqada 529-cu çıxışı, eyni zamanda 362-ci qələbəsi olub.
Hazırda bu göstərici ilə üçüncü pillədə isə 557 oyunda 310 qələbə ilə “Bayern Münhen"in keçmiş qapıçısı Oliver Kan qərarlaşır.
© Copyright 2025, All Rights Reserved