Nəriman Axundzadə ABŞ-yə çatdı
Nəriman Axundzadə ABŞ-yə yollandı – “Kolambus Kru”ya qoşulacaq.
90plus.az xəbər verir ki, “Qarabağ”dan ayrılan azərbaycanlı futbolçu Nəriman Axundzadə karyerasını ABŞ-də davam etdirmək üçün ABŞ-yə çatıb.
21 yaşlı hücumçu viza məsələsini həll etdikdən sonra ABŞ-yə yollanıb. Gənc futbolçu MLS təmsilçisi “Kolambus Kru” ilə 3,5 illik müqavilə imzalayıb.
Bildirilib ki, Axundzadə yaxın günlərdə yeni komandasının düşərgəsinə qoşulacaq və məşqlərə başlayacaq.
© Copyright 2026, All Rights Reserved