Nəriman Axundzadə "Benfika" oyununu buraxacaq

İslandiyaya qarşı yığmamızın ağır məğlubiyyəti azarkeşlərə zərbə vurduğu bir vaxtda, "Qarabağ" üçün də pis xəbər gəlib. Komandanın gənc hücumçusu Nəriman Axundzadə zədələnib.
90plus.az xəbər verir ki, transfer dönəmində hücum xəttini gücləndirə bilməyən "Qarabağ", əsas ümidini Nərimana bağlamışdı. Lakin futbolçunun baldır əzələsində gərilmə aşkarlanıb və o, 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Məlumatı klubun mətbuat katibi Anar Hacıyev verib. Onun sözlərinə görə, Axundzadə qarşıdakı matçlarda komandasına kömək edə bilməyəcək.
Qeyd: Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq "Qarabağ" sentyabrın 16-da səfərdə "Benfika" ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved