Nəriman Axundzadənin komandasında mərc SKANDALI- 2 nəfərə ömürlük cəza
ABŞ-ın MLS liqasında aparılan futbol mərc araşdırması nəticəsində iki futbolçu – Derrik Cons və Yov Yeboah ömürlük futboldan kənarlaşdırılıb.
90plus.az xəbər verir ki, liqanın həyata keçirdiyi geniş araşdırma zamanı hər iki futbolçunun MLS-də keçirilən bir neçə oyuna mərc etdiyi müəyyən edilib. İki mövsümü əhatə edən araşdırma çərçivəsində futbolçuların “Kolumbus Kryu” ilə “Nyu-York Red Bulls” arasında keçirilən qarşılaşma ilə bağlı mərc etdiyi üzə çıxıb. Araşdırmaya görə, futbolçular həmin oyunda Consun sarı vərəqə almasına mərc ediblər.
MLS rəhbərliyi bildirib ki, Consun sarı vərəqə alması üçün hər iki futbolçu arasında əməkdaşlıq olub.
Bununla yanaşı, istintaq zamanı onların etdiyi mərcin oyunun yekun nəticəsinə təsir göstərdiyinə dair hər hansı sübut aşkarlanmayıb.
Araşdırmanın yekununda liqa rəhbərliyi hər iki futbolçu barədə qərarını elan edib. MLS tərəfindən Derrik Cons və Yav Yeboah futboldan ömürlük uzaqlaşdırma cəzası alıblar.
Qeyd edək ki, Yeboah və Cons 2024-cü ildə bir mövsüm “Kolumbus Kryu” klubunda birlikdə çıxış ediblər. Cons 2025 mövsümündə də komandada qalıb və 1 yanvar 2026-cı ildən etibarən klubsuz vəziyyətdədir.
Yeboah isə daha sonra “Los-Anceles” klubu ilə müqavilə imzalayıb. O, yanvar ayında klubla müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib və hazırda futbol karyerasını Çində davam etdirir.
Qeyd: Azərbaycan millisinin üzvü Nəriman Axundzadə bu mövsümün ortasında "Kolumbus Kru" komandasına keçib.
© Copyright 2026, All Rights Reserved