Nərimanın komandası sabiq "Barselona"lını transfer etdi
Nəriman Axundzadənin transfer olduğu "Kolumbus Kryu" heyətini gücləndirib.
90plus.az xəbər verir ki, MLS klubu Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Andre Qomeş ilə razılığa gəlib.
Azad agent statusu ilə komandaya qoşulan 32 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə bağlanıb. Sözləşmədə müddətin əlavə bir il uzadıla biləcəyi bəndi də nəzərdə tutulub.
Qomeş karyerası ərzində Benfika, Valensiya, Barselona, Everton və Lill klublarında çıxış edib və 2016-cı ildə Portuqaliya millisinin heyətində Avropa çempionu olub.
Xatırlatma: Axundzadənin “Kolumbus Kryu” ilə müqaviləsi 2029-cu ilin yayınadək nəzərdə tutulub.
© Copyright 2026, All Rights Reserved