"Nyu-York Niks" 20 illik həsrətə son qoydu – konfrans finalına yüksəldi

Şərq Konfransının yarımfinal mərhələsində "Nyu-York Niks" son çempion "Boston Seltiks"i evdə 119–81 hesabı ilə məğlub edərək seriyanı 4–2 qazandı və konfrans finalına yüksəldi.
90plus.az xəbər verir ki, "Medison Skver Qarden"də baş tutan qarşılaşmada "Niks" adına Ceylen Branson və O. C. Anunobi 23, Mikal Bricez isə 22 xal toplayaraq komandanın qələbəsində mühüm rol oynadı. Karl-Entoni Tauns isə 21 xal, 12 ribaundla "double-double" performansı göstərdi. "Seltiks"də isə Ceylen Braun 20 xalla yadda qaldı.
Şərq Konfransı finalının ilk oyununda "Nyu-York Niks" cümə axşamı "İndiana Peysers"lə qarşılaşacaq.
Azarkeşlərdən böyük sevinc
NBA Şərq Konfransı ikinci mərhələsinin altıncı oyunundan sonra konfrans finalına vəsiqə qazanan "Nyu-York Niks" azarkeşləri sevinclərini meydanda və şəhər küçələrində qeyd etdilər.
© Copyright 2025, All Rights Reserved