"Nyu-York Niks": “Hələ hər şey bitməyib!” – Seriyada ikinci qələbə

NBA-də Şərq Konfransı final seriyasının 5-ci oyunu keçirilib.
90plus.az xəbər verir ki, "Nyu-York Niks", evində – "Madison Square Garden" arenasında qarşılaşdığı "İndiana Peysers" üzərində 111-94 hesablı inamlı qələbə qazanaraq seriyadakı ikinci qələbəsini əldə edib. Beləliklə, seriyanın ümumi nəticəsi 3-2-yə gəlib və "Niks" mübarizəni davam etdirmək şansını qoruyub.
"Nyu-York" təmsilçisində Ceylen Branson 32 xal və 5 assistlə oyunun ən məhsuldar oyunçusu olub. Karl-Entoni Tauns isə 24 xal, 13 assistlə “double-double” nəticə göstərib.
"İndiana Peysers"in heyətində Benedik Maturin 23 xal və 9 ribaundla çıxış edib. Paskal Siakam isə 15 xal və 6 ribaundla yadda qalıb.
Seriyanın növbəti oyunu "İndiana"da baş tutacaq və komandalar finala çıxmaq uğrunda daha bir dəfə qarşılaşacaqlar.
© Copyright 2025, All Rights Reserved