"Nyu-York Niks" seriyanı 6 oyuna çatdırdı
NBA-də əla formada çıxışını davam etdirən “Nyu-York Niks” doğma meydanı "Madison Square Garden"da “Los Anceles Leykers” üzərində 112–100 hesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, bununla da, Nyu York təmsilçisi ardıcıl qalibiyyət seriyasını 6 oyuna çatdırıb.
Şərq Konfransında ikinci pillədə qərarlaşan “Nyu-York Niks” bu görüşdə Anunobinin 25, Landri Şametin isə 23 xallıq performansı ilə fərqlənib. Mövsümdə 31-ci qələbəsini qazanan ev sahibi komandada Ceylen Branson 12 xal və 13 assistlə, Karl-Entoni Tauns isə 11 xal və 13 ribaundla “double-double” edib.
Qonaq “Los Anceles Leykers”in heyətində Luka Donçiç 30 xal, 15 ribaund və 8 assistlə oyunun ən məhsuldar basketbolçusu olub. LeBron Ceymsin 22 xal, 5 ribaund və 6 assistlik çıxışı isə komandasını məğlubiyyətdən xilas edə bilməyib. Bu nəticə ilə “Leykers” mövsümdə 19-cu məğlubiyyətini yaşayıb.
“Nyu-York Niks” son oyunlardakı stabil çıxışı ilə Şərq Konfransında iddialı mövqeyini qorumaqda davam edir.
© Copyright 2026, All Rights Reserved