"Nyu York Niks"dən ilk qələbə: Seriyada hesab 2:1 oldu

NBA Şərq Konfransı finalının üçüncü oyunu çərçivəsində "Nyu York Niks" səfərdə "İndiana Peysers" üzərində 106–100 hesablı qələbə qazanaraq seriyada ilk uğuruna imza atdı və hesabı 2:1-ə gətirdi.
90plus.az xəbər verir ki, "Niks" komandasının ulduzları Karl-Entoni Tauns 24, Ceylen Branson isə 23 xalla parlaq çıxış edərək komandalarının qələbəsində həlledici rol oynadılar.
"Peysers" tərəfində Tayris Haliberton 20, Mayls Törner isə 19 xal toplasa da, bu performans komandalarını məğlubiyyətdən xilas edə bilmədi.
Buna baxmayaraq, "İndiana Peysers" seriyada 2:1 hesabı ilə öndə olmağa davam edir.
© Copyright 2025, All Rights Reserved