"Nyukasl" Bakıya kapitansız gəlir
"Nyukasl"ın kapitanı Bruno Gimaraynş UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı oynaya bilməyəcək.
90plus.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatına açıqlamasında klubun baş məşqçisi Eddi Hou məlumat verib.
Braziliyalı yarımmüdafiəçi təxminən iki ay yaşıl meydanlardan kənarda qalacaq. 28 yaşlı futbolçu bud əzələsindən ciddi zədə alıb.
Qeyd: Azərbaycan çempionunun “sağsağanlar”la qarşılaşmaları fevralın 18-i və 24-ü baş tutacaq.
© Copyright 2026, All Rights Reserved