“Nyukasl” İsakı cərimələyəcək

“Nyukasl” Aleksander İsakı cərimələyəcək, “Liverpul” rekord təklifə hazırlaşır.
90plus.az xəbər verir ki, “Nyukasl Yunayted” bir müddətdir məşqlərə qatılmayan hücumçu Aleksander İsakı cərimələməyə qərar verib.
Komanda ulduz forvardın oynamadığı son 6 matçda qələbə qazana bilməyib. Bu qarşılaşmalarda “Nyukasl” ümumilikdə 75 zərbə endirsə də, 9.4 qolluq gözlənti (xG) yaradıb, nəticədə isə yalnız 4 heç-heçə və 2 məğlubiyyət qeydə alınıb.
Bu vəziyyətdən istifadə etmək istəyən “Liverpul” isə İsakı transfer etmək üçün hərəkətə keçib.
Mersisayd klubu 25 yaşlı hücumçu üçün 150 milyon avro (130 milyon funt) + bonuslardan ibarət yeni təklif göndərməyi planlaşdırır (🔗 : OptaJoe).
© Copyright 2025, All Rights Reserved