"Nyukasl" nəhayət sandığın ağzını açır

"Nyukasl" fransalı hücumçu Huqo Ekitikenin transferində maraqlıdır.
90plus.az xəbər verir ki, “The Telegraph”ın yaydığı məlumata əsasən, “qarğalar” artıq futbolçunun nümayəndələri ilə ilkin təmas quraraq maraqlarını ifadə ediblər və hazırda “Ayntraxt”la razılıq əldə etməyə çalışırlar.
Ekitikenin müqaviləsində təxminən 100 milyon avro dəyərində sərbəstqalma maddəsi mövcuddur. Bu səbəbdən “Nyukasl”ın transferi reallaşdırmaq üçün bu məbləği tam şəkildə ödəməsi tələb oluna bilər.
Qeyd: 23 yaşlı forvard ötən mövsüm bütün yarışlarda 22 qol vurub və 12 asistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved