"Nyukasl" rekordu təkrarladı - "Qarabağ"dan antirekord
"Nyukasl" Çempionlar Liqasının tarixində pley-off mərhələsində ilk 45 dəqiqəni 5 top üstünlüyü ilə başa vuran ikinci komanda kimi tarixə düşüb.
90plus.az xəbər verir ki, Eddi Haunun rəhbərlik etdiyi kollektiv səfər matçında təmsilçimiz "Qarabağ"ı 5:1 hesabı ilə məğlub edir. Hazırda qarşılaşmanın ikinci hissəsi davam edir.
Buna qədər fasiləyə qədər rəqib qapısından 5 cavabsız qol keçirmək uğuru yalnız "Bavariya"ya məxsus idi. 2015-ci ildə Almaniya təmsilçisi "Porto" ilə görüşdə ilk yarını 5:0 hesabı ilə tamamlamışdı.
Eyni zamanda, “Nyukasl” ilk hissədə 4,5 gözlənilən qol (xG) göstəricisinə imza ataraq Çempionlar Liqasında yeni rekord müəyyən edib. Statistik qeydlərin aparıldığı müddətdə bu cür nəticə qeydə alınmamışdı.
© Copyright 2026, All Rights Reserved