"Nyukasl" Şeşkoya elçi düşdü, geri çevirdilər

"Nyukasl"ın Benjamin Şeşko üçün verdiyi təklif "Leypsiq" tərəfindən rədd edilib.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisi hücumçu üçün 75 milyon avro və əlavə olaraq 5 milyon avro bonus təklif edib. Lakin "The Athletic"in məlumatına əsasən, Almaniya klubu bu məbləği kifayət hesab etməyib və 22 yaşlı oyunçu üçün daha yüksək qiymət tələb edir.
Şeşko 2024/25 mövsümündə "Leypsiq"in ən çox qol vuran futbolçusu olub.
© Copyright 2025, All Rights Reserved