"Nyukasl Yunayted" Entoni Elanqanı aldı

İngiltərə Premyer Liqasının klublarından olan "Nyukasl Yunayted" "Nottingem Forest"dən 23 yaşlı isveçli cinah oyunçusu Entoni Elanqanı transfer edib.
90plus.az xəbər verir ki, klubun rəsmi saytında yayımlanan açıqlamada bildirilib: “Nyukasl Yunayted", "Nottingem Forest"dən cinah oyunçusu Entoni Elanqanı uzunmüddətli müqavilə ilə heyətinə qatdı. Entoni "Forest"in 2024/2025 Premyer Liqa mövsümündə nümayiş etdirdiyi təsirli çıxışın ardından komandamıza qoşulub.”
Elanqa ötən mövsüm "Nottingem Forest" forması ilə bütün turnirlərdə 43 oyuna çıxıb və 6 dəfə fərqlənib.
İngiltərə təmsilçisi bu transfer üçün qarşı tərəfə 60 milyon avro təzminat ödəyəcək.
© Copyright 2025, All Rights Reserved