"Nyukasl" Kolo Muanini alır

PSJ-nin hücumçusu Randal Kolo Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək ehtimalı var.
90plus.az xəbər verir ki, “Nyukasl” fransalı forvardı heyətinə qatmaq niyyətindədir. Bu xəbəri “Sky Sports” yayıb.
“Leypziq”in oyunçusu Benjamin Şeşkonu transfer edə bilməyən Premyer Liqa təmsilçisinin əsas hədəfi Kolo Muanidir. “Nyukasl” artıq 26 yaşlı hücumçu ilə danışıqlara start verib.
Xatırlatma: Randal Kolo Muani ötən mövsümün ikinci yarısında icarə əsasında “Yuventus”da çıxış edib. Fransa millisinin üzvü A Seriyasında keçirdiyi 22 rəsmi oyunda 10 qol vurub və 3 assistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved