"Nyukasl"da 6 itki birdən - ADLAR
Bu gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Qarabağ” doğma azarkeşləri önündə “Nyukasl”la üz-üzə gələcək.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisi qarşılaşmaya ciddi itkilərlə çıxacaq.
Belə ki, “Nyukasl”ın 6 futbolçusu bu oyunda komandasına kömək edə bilməyəcək. Bruno Gimaraynş, Lyuis Mayli, Fabian Şör, Tino Livramento və Emil Kraft zədə səbəbindən heyətdən kənarda qalıb. Malik Tiav isə cəzalı olduğu üçün “Qarabağ”a qarşı oynaya bilməyəcək.
“Sent Ceyms Park” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved