“Nyukasl”ın futbolçusu Ç/L-in tarixinə düşdü
“Nyukasl Yunayted” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” üzərində 6:1 hesablı inamlı qələbə qazanıb. Futbolçusu isə tarixə düşüb.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi Azərbaycan klubunu böyük üstünlüklə məğlub edərək cavab görüşü öncəsi ciddi üstünlük əldə edib.
“Nyukasl” ilk hissədə oyuna tam nəzarət edib və keyfiyyətlə intensivlik baxımından aşkar fərq nümayiş etdirib. Komanda topa sahibolmada üstün olub, çoxsaylı qol imkanları yaradıb və “Qarabağ”a demək olar ki, reaksiya vermək imkanı tanımayıb.
Statistikaya görə, poker müəllifi Entoni Qordon Çempionlar Liqası tarixində bir oyunun ilk hissəsində dörd qol vuran cəmi ikinci futbolçu olub.
© Copyright 2026, All Rights Reserved