O “Barsa”nın əsas hədəfidir

“Barselona”nın əsas transfer hədəfi – Xulian Alvarezdir.
90plus.az xəbər verir ki, “Barselona” növbəti yay transfer pəncərəsi üçün hədəfini müəyyənləşdirib. Kataloniya klubu hazırda “Atletiko”nun formasını geyinən Xulian Alvarezi heyətinə qatmaq istəyir.
İspaniya mediasının məlumatına görə, Alvarez “Barselona”nın əsas transfer planında yer alır. Lakin bu keçid asan görünmür.
⚠️ “Atletiko” oyunçunu satmaq niyyətində deyil. Argentinalı hücumçunun Madrid təmsilçisi ilə müqaviləsi 2030-cu ilə qədərdir və onun müqaviləsində 500 milyon avro məbləğində çıxış bəndi yer alıb.
🔗 Mənbə: Sport
© Copyright 2025, All Rights Reserved