Okan Buruk məğlubiyyəti çətin dövrlə bağladı
Okan Buruk: “Çətin dövrdən keçirik, amma yolumuza davam edəcəyik”.
90plus.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Monako”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.
Buruk deyib: “Çempionlar Liqasında iki oyunu uduzduq. Əslində düşünürdük ki, bu matçları qazansaq, ‘ilk 8-ə girərikmi?’ deyək… Belə bir rəqibi yaxalayıb oyunu uduzmaq bizi üzdü. Çətin bir perioddan keçirik, dəyərli oyunçularımız yoxdur.
İkinci hissədə ikili mübarizədə çatışmazlıq yaşadıq. 9 xal var, 2 oyun qalıb, yolumuza davam edəcəyik. ‘Atletiko Madrid’ oyununu qazanmaq üçün çalışacağıq. İndi liqa oyunlarına baxacağıq. ‘Atletiko’ya daha hazır olacağıq. Biz də məyusuq.”
Bu nəticədən sonra “Qalatasaray” Çempionlar Liqasında qrup mərhələsini başa vurub və növbəti mərhələyə keçmək şansını qoruyub saxlayır.
© Copyright 2025, All Rights Reserved