Okan Burukun “yeni köməkçisi” Gündoğandır

İlkay Gündoğan “Qalatasaray”da Okan Burukun sanki "yeni köməkçisi"dir.
90plus.az xəbər verir ki, “Qalatasaray”da təcrübəli futbolçu İlkay Gündoğan baş məşqçi Okan Burukun meydandakı əsas dayağına çevrilib.
Türkiyə mediasının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi həm oyun zəkası, həm də liderlik xüsusiyyətləri ilə “Cim-Bom”da xüsusi rol oynayır. “Mançester Siti”dən azad agent kimi transfer olunan İlkay həm karyerası, həm də şəxsiyyəti ilə komanda daxilində böyük hörmət qazanıb.
“Konyaspor”la matçda (3:1) göstərdiyi performansla fərq yaradan ulduz futbolçunun Okan Burukun sanki “meydan daxilində köməkçisi” kimi çıxış etdiyi vurğulanıb. 👏 Onun oyunçularla müsbət münasibəti və meydandakı rəhbərliyi komandanın uyğunlaşma prosesinə ciddi təsir göstərir.
Rəsmi olaraq kapitan olmasa da, İlkay Gündoğan artıq “Qalatasaray”ın liderlərindən biri hesab olunur. “Uşaqlıq sevgisi” adlandırdığı klub üçün fədakarlıqlar edən yarımmüdafiəçi formasını getdikcə artırır və sarı-qırmızılılarda vacib fiqur kimi ön plana çıxır. 🌟
Qeyd: İlkay Gündoğan “Mançester Siti”də fə Pep Qvardiolanın ən çox güvəndiyi oyunçulardan biri olmuşdu.
© Copyright 2025, All Rights Reserved