"Oklahoma" fərqli qazandı
90plus.az xəbər verir ki, NBA Qərb Konfransı qarşılaşmasında “Oklahoma Siti Tander” evdə “Qolden Steyt Voriors” komandası üzərində 126-102 hesablı qələbə qazandı.
Maçın ulduzu Şay Giljius-Aleksander double-double ilə komandasına qələbə qazandırdı. O, 28 xal, 11 asist və 5 ribauntla çıxış etdi. Çet Holmgren 23 xal və 11 ribauntla Tander-ə dəstək verdi. Aizaya Co 18, Acay Miçell isə 17 xal əlavə etdi.
“Voriors” tərəfdə isə ən skorer oyunçu 13 xal ilə Conatan Kuminga oldu. Xəstəlik səbəbi ilə 3 matçdan sonra parkəyə qayıdan Stifen Kerri 11 xal topladı.
Bu nəticə ilə Tander, evdə keçirdiyi 5 matçın hamısını qazanmış oldu, Voriors isə səfərdə ardıcıl 6-cı məğlubiyyətini yaşadı.
© Copyright 2025, All Rights Reserved