“Oklahoma Siti Tander” səfərdə qalib gəldi
NBA-də növbəti oyun günündə “Oklahoma Siti Tander” səfərdə “Nyu-York Niks”lə qarşılaşıb.
90plus.az xəbər verir ki, Nyu-Yorkdakı məşhur “Madison Skver Garden” arenasında keçirilən gərgin qarşılaşma qonaq komandanın 103:100 hesablı qələbəsi ilə başa çatıb.
“Oklahoma Siti Tander”in heyətində Çet Holmqren möhtəşəm performans sərgiləyərək 28 xal və 8 ribaundla komandasının ən məhsuldar oyunçusu olub. Şey Gildjus-Aleksander isə 26 xal və 8 assistlə qələbədə əsas pay sahiblərindən biri kimi diqqət çəkib.
Meydan sahiblərinin heyətində Karl-Entoni Tauns 17 xal və 17 ribaundla dubl-dubl edib. Ceylen Branson 16 xal və 15 assistlə fərqlənib. OG Anunobi də 16 xalla komandasına töhfə verib.
Bu nəticə ilə “Oklahoma Siti Tander” səfərdən vacib qələbə ilə ayrılıb.
© Copyright 2026, All Rights Reserved