“Oklahoma Siti Tander”dən tarixi uğur
NBA-də “Oklahoma Siti Tander” doğma meydanda “Detroyt Pistons”u əlavə vaxtda 114:110 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, komandanın qələbəsində Shai Gilgeous-Alexander əsas rol oynayıb. O, 47 xal, 5 ribaund və 3 asistlə matçın ən məhsuldar oyunçusu olub. Komandada Ajay Mitchell 14, Chet Holmgren isə 13 xal və 9 ribaundla yadda qalıb.
Bu nəticə ilə “Oklahoma Siti Tander” cari mövsümdə 60 qələbə qazanan ilk komanda olub. Klub tarixində ilk dəfə olaraq ardıcıl iki mövsümdə 60 qələbə həddinə çatılıb.
“Detroyt Pistons”da Paul Reed 21 xal və 10 ribaundla fərqlənib. Javonte Green 19, Kevin Huerter isə 17 xal toplayıb.
Digər oyunda “Los-Anceles Leykers” doğma meydanda “Vaşinqton Vizards” üzərində 120:101 hesablı qələbə qazanıb.
“Leykers”in lideri LeBron James 21 xal, 12 asist və 10 ribaundla “tripl-dabl” edib. Austin Reaves, Luke Kennard və Jaxson Hayes hərəyə 19 xal əlavə ediblər.
Karyerasında (pley-offlar daxil olmaqla) 1228-ci qələbəsini qazanan LeBron James NBA tarixində ən çox qələbə rekordunda Kareem Abdul-Jabbar ilə eyni göstəriciyə çatıb.
“Vaşinqton Vizards”da Will Riley 20, Justin Champagnie isə 18 xalla oyunu başa vurub.
© Copyright 2026, All Rights Reserved