Old Trafford evsizlər üçün istifadəyə verildi
“Mançester Yunayted” evsizlər üçün “Old Trafford”u istifadəyə verdi.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” klubu xeyriyyə məqsədilə mühüm addım atıb. İngiltərə nəhəngi şəhərdəki evsiz insanların soyuq havalarda açıqda qalmamaları üçün öz stadionunu — “Old Trafford”u — onların istifadəsinə verib.
VİDEO: https://t.me/doxsanplus/110517
Aksiyaya klubun keçmiş futbolçuları Ves Braun, Fil Cons və Maykl Kerrik də qoşularaq təşəbbüsə dəstək olublar. Onlar bu addımın digər klublara da nümunə olacağını vurğulayıblar.
“Mançester Yunayted” rəhbərliyi bildirib ki, bu layihə qış mövsümü ərzində davam edəcək və evsizlər üçün təhlükəsiz gecələmə şəraiti yaradılacaq.
© Copyright 2026, All Rights Reserved