Olimpiya çempionu vəfat etdi
Sidney-2000 Yay Olimpiya Oyunlarının həndbol üzrə qalibi və "Brest" klubunun baş məşqçisi Eduard Kokşarov vəfat edib.
90plus.az xəbər verir ki, olimpiya çempionu 51 yaşında dünyasını dəyişib.
Kokşarov 1997-ci ildə dünya çempionu adını qazanıb. O, oyunçu karyerasının əsas hissəsini Sloveniyanın "Selye" klubunda keçirmiş, həmçinin SKIF və "Çexovskie Medvedi" komandalarında çıxış edib. Klub səviyyəsində Çempionlar Liqasını qazanmış, 8 dəfə Sloveniya, 2 dəfə isə Rusiya çempionluğunu əldə etmişdir.
© Copyright 2026, All Rights Reserved