Olimpiya rekordçusu qoyun otarmağı sevir

Çin üzgüçüsü, ikiqat Olimpiya çempionu Pan Çjanle Olimpiadadan sonra qoyun otarmaq üçün babasının yanına gedəcək.
90plus.az xəbər verir ki, Panın babası bu barədə deyir:
"O, kənd həyatını sevir. Hər dəfə mənə baş çəkməyə gələndə onu mobil telefonu ilə oynayan görmürdüm. Bunun əvəzinə it, qoyun və inək kimi heyvanlarla oynamağa üstünlük verirdi. Qoyunlarla gəzmək sanki dincəlməkdir. Qoyunlar onu gözləyir".
Qeyd: 20 yaşlı Çjanle Paris Olimpiya Oyunlarında 100 metr məsafəyə sərbəst üsulla üzmədə Olimpiya çempionu olub və öz dünya rekordunu yeniləyib.
© Copyright 2025, All Rights Reserved