Olise transfer iddialarına son qoydu
Maykl Olise bu yay “Bayern Münhen”dən ayrılmayacaq – transfer iddialarına nöqtə qoyuldu.
90plus.az xəbər verir ki, “Bayern Münhen”in hücumameyilli yarımmüdafiəçisi Maykl Olise yay transfer pəncərəsində klubunu tərk etməyəcək.
Məlumata görə, futbolçuya “Real Madrid”, “Barselona” və “Liverpul” kimi Avropa nəhəngləri ciddi maraq göstərsə də, o, Almaniya klubunda qalmağa qərarlıdır.
Maykl Olise xarici klubların marağından məmnun olsa da, “Bayern Münhen”ə sadiq qalmaq niyyətindədir. O, klubun ona verdiyi şansı yüksək qiymətləndirir və müqaviləsinə sadiq qalaraq komandada uğur qazanmaq istəyir.
Futbolçunun yaxın ətrafına görə, Olise hazırda heç bir transfer üçün təzyiq göstərmək niyyətində deyil və tam diqqətini “Bayern Münhen”dəki çıxışlarına yönəldib.
© Copyright 2026, All Rights Reserved