Omar Marmuş: “3 öyün yeməyi birgə yeyirik”

“Mançester Siti”nin komanda ruhu haqqında Omar Marmuş maraqlı açıqlamalar verib.
90plus.az xəbər verir ki, bu ildən komandaya qoşulan 26 yaşlı misirli forvard birgə keçirdikləri zamanın detalları haqda belə deyib:
“Birlikdə çox vaxt keçiririk – səhər yeməyi, nahar və axşam yeməyində yan-yana oluruq. Məşqlərarası fasilələrdə və boş vaxtlarımızda da bir yerdəyik. Bu birlik bizə uyğunlaşmağı asanlaşdırır və özümüzü böyük bir ailə kimi hiss etdirir. Birlikdə olmaq həm uyğunlaşmanı, həm də oyunumuzu yaxşılaşdırır.”
Qeyd: "Şəhərlilər"lə 16 oyuna çıxıb 7 qol vuran Omar Marmuş geridə qalan mövsümün ən yaxşı qolu mükafatını da alıb.
© Copyright 2025, All Rights Reserved