"Omonia"nın baş məşqçisi: "Araz" yeni qurulmuş komandadır"
Bu gün "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının təsnifat mərhələsinin üçüncü turunda ilk oyununu keçirib. Elmar Baxşıyevin başçılıq etdiyi komanda Kiprin "Omoniya" klubu ilə qarşılaşıb. Qarşılaşma təmsilçimizin 0:4 hesabı ilə məğlubiyyəti ilə başa çatıb.
90plus.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında "Omoniya"nın baş məşqçisi Henninq Berq jurnalistlərin suallarını cavablandırıb:
“Sevinc hissi keçiririk. 4 qol vurub, qapımızda top görmədiyimiz üçün məmnunuq. Bu nəticə ilə komanda yaxşı mövqedədir. Amma hələ heç nə sona çatmayıb – cavab oyunumuz evdə olacaq. Orada bu mərhələni tamamlamalıyıq. Bu görüşdə komanda yaxşı təsir bağışladı. Müdafiədə işimizi düzgün gördük. Həm oyun, həm də nəticə bizi qane etdi.”
“Araz-Naxçıvan”la “Qarabağ”ın müqayisəsi
“Qarabağ”a qarşı səfərdə heç-heçə oynamışdıq. O vaxt Patrik Andrade də heyətdə idi. “Qarabağ” daha çox təcrübəyə sahib idi, “Araz-Naxçıvan” isə yeni formalaşmış bir komandadır. Yalnız bir-iki oyun əsasında müqayisə aparmaq doğru olmaz. Artıq 3-4 il keçib. “Araz-Naxçıvan” meydanda yaxşı oyun göstərir. “Aris”lə matçda da inamlı qələbə əldə etdilər. Bugünkü oyun bizim üçün sadə olmadı. Sadəcə olaraq, imkanlarımızı dəyərləndirib qollarımızı vurduq. Müdafiədə effektiv oynadıq və rəqib üçün çətinliklər yaratdıq.”
© Copyright 2026, All Rights Reserved