Onana "çəkmə yarımadası"na geri dönür

“Mançester Yunayted”in qapıçısı Andre Onananın yenidən İtaliyaya transfer olunma ehtimalı var.
90plus.az xəbər verir ki, “İnter” sabiq oyunçusunu komandaya geri qaytarmaq niyyətindədir.
Milan klubu kamerunlu qapıçı üçün “Qırmızı şeytanlar”a rəsmi təklif göndərməyə hazırlaşır.
Məlumata görə, “Mançester Yunayted” Onananın satışına müsbət yanaşır. Komandanın baş məşqçisi Ruben Amorim Premyer Liqanın ilk turunda “Arsenal”a qarşı baş tutan görüşdə 29 yaşlı qolkiperə şans verməyib.
Xatırlatma: Andre Onana 2023-cü ilin yayında “İnter”dən “Mançester Yunayted”ə 50 milyon avro qarşılığında transfer olunmuşdu.
© Copyright 2025, All Rights Reserved