Onana “Man Yunayted”ə futbolçu gətirir

“Mançester Yunayted”in qapıçısı Andre Onana Kamerun millisindən komanda yoldaşı Brayan Mbyomaya “Mançester Yunayted”ə qoşulmağı məsləhət görüb.
90plus.az xəbər verir ki, "Brentford"un hücumçusu Mbyoma həm “Mançester Yunayted”, həm də “Tottenhem”in maraq dairəsindədir. Xüsusilə “Tottenhem”in yeni baş məşqçisi Tomas Frank keçmiş yetirməsini komandasında görməkdə israrlıdır. Frank altı il ərzində "Brentford"da Mbyomanın çalışdırıcısı olub və onunla yenidən işləmək istəyir.
Lakin Onananın “Mançester Yunayted”i tövsiyə etməsi Mbyomanın qərarına təsir edə bilər. Məlumata görə, “Mançester Yunayted” artıq kamerunluya 45 milyon funt sterlinq və əlavə 10 milyon funt bonus təklif edib, lakin "Brentford" bu təklifi rədd edib. Futbolçunun mövcud müqaviləsi gələn il başa çatsa da, klubun onu 2027-ci ilə qədər saxlamaq imkanı var.
Qeyd: Onana özü ilk iki mövsümdə istənilən səviyyədə çıxış etməsə də, baş məşqçi Ruben Amorimlə yaxşı münasibətləri səbəbindən klubda qalacaq.
© Copyright 2025, All Rights Reserved