"Onun "Arsenal"a getməsi ayıbdır" Bonuççi

İtaliya millisinin sabiq müdafiəçisi Leonardo Bonuççi Rikkardo Kalafiorinin İngiltərəyə getməsi ilə bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Bonuçci fikirlərində belə qeyd edib:
“Onun “Arsenal”a getməsi ayıbdır. Mən onu “Yuventus”da görmək istəyirdim”.
“Arsenal” klubu 22 yaşlı oyunçunun transferini “Bolonya” ilə razılaşdırıb. Transferin dəyəri 50 milyon avro qiymətləndirilir.
“Yuventus” klubu Kalafiori üçün əsas namizəd hesab edilsə də, “Bolonya”nın istəyini təmin edə bilməyib.
Mənbə: Sky Sport
© Copyright 2025, All Rights Reserved