Osimhen olmadı, İsak olsun

"Qalatasaray"ın Viktor Osimhen transferini bitirməyə yaxın olduğu bir vaxtda maraqlı hadisə baş verib.
90plus.az xəbər verir ki, Osimhenlə maraqlanan "Əl Hilal" futbolçunun "Qalatasaray"a çox yaxın olmasına görə alternativ adlara yönəlib.
Səudiyyə Ərəbistanı klubu yaşadığı məyusluğu aradan qaldırmaq üçün "Nyukasl Yunayted"in isveçli hücumçusu Aleksandr İsakı transfer etmək istəyir.
Bir neçə gün əvvəl "Liverpul" İsak üçün 140 milyon avroluq təklif göndərmiş, lakin bu təklif rədd edilmişdi.
25 yaşlı forvard ötən mövsüm "Nyukasl Yunayted"in heyətində 42 oyuna çıxaraq 27 qol vurub və 6 asist edib.
© Copyright 2025, All Rights Reserved