Osimheni İspaniya nəhəngi istəyir
Viktor Osimhen yay transfer pəncərəsində La Liqaya yollana bilər.
90plus.az xəbər verir ki, "Barselona" hücum xəttini gücləndirmək üçün əsas hədəf kimi Xulian Alvarezi müəyyənləşdirsə də, bu transfer baş tutmasa, nigeriyalı forvard ehtiyat variant kimi nəzərdən keçirilir.
Məlumata görə, hazırda "Qalatasaray"da çıxış edən Osimhen də Kataloniya klubuna keçidi prioritet hesab edir.
27 yaşlı hücumçu son iki mövsümdə 70 oyunda 56 qol vuraraq yüksək formasını bərpa edib və hələ də top səviyyədə çıxış edir.
Qeyd: "Barselona" rəhbərliyi Xulian Alvarezi əsas transfer hədəfi kimi saxlayır. Lakin "Atletiko Madrid"lə razılığa gəlmək çətin olacağı təqdirdə, alternativ variantlara üstünlük veriləcək.
© Copyright 2026, All Rights Reserved