Osimhenin qol seriyası bitdi
Viktor Osimhenin Avropa kuboklarındakı qol seriyası “Monako” qarşısında bitdi.
90plus.az xəbər verir ki, “Qalatasaray”ın mərkəz hücumçusu Viktor Osimhenin Avropa kuboklarında davam edən 8 oyunluq qol seriyası bu gün “Monako”ya qarşı keçirilən 0:1 hesablı matçda sona çatdı.
Keçən mövsüm Avropa Liqasında 5 oyunda 6 qol vurmuş nigeriyalı hücumçu, bu mövsüm Çempionlar Liqasında 3 oyunda 6 qola imza ataraq ümumilikdə 8 oyunda 12 qol səviyyəsinə çatmışdı.
Osimhen “Monako” ilə görüşdə 90 dəqiqə meydanda qaldı, lakin hesabı dəyişdirə bilmədi və qol seriyası dayandı.
© Copyright 2025, All Rights Reserved