Oyunu azərbaycanlı hakim idarə etdi, "Lion" qazandı
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində Berndə keçirilən “Yanq Boyz” – “Lion” qarşılaşmasını idarə edib.
90plus.az xəbər verir ki, Zeynal Zeynalov və Akif Əmrəli Ağayevə köməkçi hakim, Tural Qurbanov isə dördüncü hakim kimi yardım göstərib. Matç Fransa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüş zamanı baş hakim hər iki komandanın futbolçularına ümumilikdə altı sarı vərəqə təqdim edib.
Əliyar Ağayev 61-ci dəqiqədə ofsayd qərarı verərək İsveçrə klubunun vurduğu qolu ləğv edib.
© Copyright 2026, All Rights Reserved