Ozan Canın komandası darmadağınla məğlub oldu

Niderland çempionatında 4-cü turun qarşılaşmaları davam edir.
90plus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Volendam" səfərdə “Go Ahead Eagles”ə 0:3 hesabı ilə məğlub olub. Kökçü bütün qolların vurulmasından sonra, 62-ci dəqiqədə oyuna qoşulub.
Qeyd: “Volendam” hazırda 4 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alır.
© Copyright 2025, All Rights Reserved