Palinya “Tottenhem”ə son dəqiqə xalı qazandırdı

Joao Palinya “Tottenhem”ə son dəqiqədə 1 xal qazandırdı və “Volvs”un Premyer Liqada ilk qələbəsini qazanmasına mane oldu.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 6-cı turunda “Volvs” ilk qələbəsinə yaxın idi, lakin Palinyanın Sam Constona qarşı vurduğu güclü zərbə 90+4-cü dəqiqədə qapıdan keçdi və meydan sahiblərinin azarkeşlərini coşdurdu.
Mövsümün ilk beş oyununu uduzan “Volvs” 54-cü dəqiqədə Santyaqo Buenonun yaxın məsafədən vurduğu qolla önə keçmişdi. Uruqvaylı müdafiəçi ilk cəhdində fərqlənə bilməsə də, qapıçı Qulyelmo Vikario topu Palinyaya qaytardı, daha sonra isə top yenidən Buenonun qarşısına düşdü və o, bu dəfə asanlıqla tora göndərdi.
Amma bu qol da kifayət etmədi – “Volvs” Londonu üç xalsız tərk etdiyinə görə məyus oldu:
Tottenhem 1 - 1 Volves
S. Bueno 54'
J. Palinya 90+4'
Qollar: https://t.me/doxsanplus/108363
© Copyright 2025, All Rights Reserved