"Panatinaikos" ABŞ-dan yeni oyunçu transfer etdi

"Panatinaikos" basketbol klubu Riçaun Holmes ilə iki illik müqavilə imzaladı.
90plus.az xəbər verir ki, türkiyəli baş məşqçi Ergin Atamanın çalışdırdığı Yunanıstan təmsilçisi "Panatinaikos" ABŞ-lı mərkəz mövqeli basketbolçu Riçaun Holmesi heyətinə cəlb edib.
Klubun rəsmi açıqlamasında "Panathinaikos BC AKTOR" Richaun Holmesi iki illik müqavilə ilə heyətinə qatdığını elan etməkdən məmnunluq duyur" ifadəsinə yer verilib.
31 yaşlı təcrübəli basketbolçu peşəkar karyerasına 2015-ci ildə "Filadelphia 76ers" komandasında başlayıb. Daha sonra "Foenix Sans", "Sakramento Kinqs", "Dallas Maveriks" və "Uaşington Uizards" komandalarının formasını geyinib.
© Copyright 2025, All Rights Reserved