Paralimpiya çempionumuza vəzifə verildi

Paralimpiya çempionu Şəhanə Hacıyevaya FHN-də vəzifə verilib.
90plus.az xəbər verir ki, Azərbaycanın paralimpiya çempionu Şəhanə Hacıyeva Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifəyə təyin olunub. Məlumat "Report" agentliyinə istinadən yayılıb.
Nazir Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, o, FHN-nin Sumqayıt Regional Mərkəzində Maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinə gətirilib.
Qeyd: 48 kq çəki dərəcəsində çıxış edən Şəhanə Hacıyeva 2021-ci ildə təşkil olunmuş Tokio Yay Paralimpiya Oyunlarında cüdo üzrə qızıl medal qazanıb. Əməkdar idman ustası olan Hacıyeva, Prezident İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli sərəncamı ilə XVI Yay Paralimpiya Oyunlarındakı uğurlarına və ölkə idmanına verdiyi töhfələrə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
© Copyright 2025, All Rights Reserved