Paris-2024: 100 qrama görə idmançı finala buraxılmadı

Paris-2024-də 50 kq çəkidə finala adlayan Hindistanlı qadın güləşçi Vineş Phoqat (50 kq) yarışdan uzaqlaşdırılıb.
90plus.az xəbər verir ki, Hindistan olimpiya komandasının rəsmi sosial şəbəkə hesabları bu məlumat yayıb.
Buna səbəb Vineşin 100 qram artıq çəkidə olmasıdır. Ona görə də idmançı diskvalifikasiya edilib.
Bu gün Vineş Phoqat ilə ABŞ təmsilçisi Sara Hildebrandt arasında final görüşü keçirilməli idi. Lakin Phoqat bu diskvalifikasiyaya görə gümüş, Hildebrandt isə qızıl medal alacaq.
© Copyright 2025, All Rights Reserved