Paris-2024: 2 boksçumuz uduzdu

Bu gün Paris -2024-ün boks yarışlarında Azərbaycanın 2 boksçusu yarışa qoşulub, amma uğursuz olublar.
90plus.az xəbər verir ki, Olimpiadanın açılış mərasimində Azərabycanın bayraqdarı olan Məhəmməd Abdullayev 1/8 finalda Almaniyanı təmsil edən Nelvi Tiafaka uduzaraq turnirlə vidalaşıb.
Günün ikinci görüşündə 63,5 kq. çəki dərəcəsində yarışan Malik Həsənov Gürcüstan təmsilçisi Laşa Quruli ilə qarşılaşıb. Təmsilçimiz 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
© Copyright 2025, All Rights Reserved