Paris-2024: 2 cüdoçumuz tatamiyə çıxıb

Paris-2024 olimpiadasında iki cüdoçumuz tatamiyə çıxıb.
90plus.az xəbər verir ki, Yaşar Nəcəfov (66 kq) son anda məğlub olaraq turnirlə vidalaşıb.
Belə ki, 1/16 final görüşündə tatamidə əvvəldən Yaşar üstün olsa da, son 30 saniyədə serb rəqib Straxinya Bunçiç (Avropa 3-cüsü) 1 vaza-ari xalı qazanır və görüşün taleyini həll edir.
Daha sonra xanım cüdoçumuz və millimizin bayraqdarı Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda ABŞ-li Anjelika Delqado ilə üz-üzə gəlib.
Cüdoçumuz Paris-2024-də mübarizəni dayandırıb. 1/16 final görüşündə əsas vaxt xalsız bitib və əlavə vaxt tam 3 dəqiqə davam edib. Qızıl xal (xalsız bitən görüşün əlavə vaxtında qazanılan xal) qazanan amerikalı rəqib Anjelika Delqado növbəti mərhələyə vəsiqə qazanıb və Gültac ağlayaraq mübarizəni dayandırıb.
Qeyd: Dünən - Paris-2024-ün ilk günündə isə Azərbaycan cüdoçuları Leyla Əliyeva (48 kq) və Baləbəy Ağayev (60kq) ilk görüşlərində məğlub olub mübarizəni dayandırmışdılar. FOTO
© Copyright 2025, All Rights Reserved