Paris-2024 açılış: Azərbaycan paradda

Azərbaycan olimpiya heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimində paradda 16-cı sırada iştirak etdi.
90plus.az xəbər verir ki, idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da paraddakı heyətdə yer alıb.
VİDEO: https://www.facebook.com/share/v/58QxLNQEKc3jm7hf/?mibextid=WC7FNe
Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.
Qeyd: Azərbaycan millisi 15 idman növündə 48 idmançı ilə təmsil olunur. Parad ilk dəfə stadiondakı qaçış zolağı əvəzinə Sena çayında qayıqlarla keçid olub.
Paris olimpiadası avqustun 11-də başa çatacaq.
© Copyright 2025, All Rights Reserved