Paris 2024: Açılış mərasiminin videosu silindi!

Paris-2024-ün açılış mərasiminin videosu rəsmi saytdan və yutub kanalından silinib.
Məsələ barəsində oyunların Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Enn Deskam məlumat verib. Onun sözlərinə görə, bu, geo bloklama ilə bağlıdır.
Geo bloklama ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə bağlı olur.
Qeyd: Paris-2024-ün rəsmi açılış mərasimi italiyalı siyasətçilər və parlamentarilər, Macarıstanın baş naziri Viktor Orban, "Tesla"nın baş direktoru İlon Mask və bir çox beynəlxalq media orqanları tərəfindən tənqid olunub.
© Copyright 2025, All Rights Reserved