Paris-2024: Argentina-Fransa: Dava olub!

Paris-2024-ün 1/4 finalında Argentina millisi Fransaya 0-1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
90plus.az xəbər verir ki, Bordodakı oyundan sonra yığmaların futbolçuları arasında dava düşüb. Bir neçə futbolçu arasında əlbəyaxa dava olub.
Davaya səbəb Argentina himninin fitə basılması və azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub.
Qeyd: Yarımfinalda Fransa Misir ilə qarşılaşacaq. Digər yarımfinal matçında isə ispanlar mərakeşliləri sınağa çəkəcək.
Mənbə: RMC Sport
© Copyright 2025, All Rights Reserved