Paris-2024: Avarçəkənimiz çıxışını bitirib

Akademik avarçəkənimiz Diana Dımçenko C finalında finiş xəttini 5-ci keçməklə Olimpiya Oyunlarındakı çıxışınl başa vurub.
90plus.az xəbər verir ki, Dımçenko 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək ümumi sıralamanı 17-ci yerdə bitirib.
Qeyd: Paris-2024-ə 48 idmançı ilə yollanan yığmamızın aktivində hələlik 2 qızıl medal var. Turnir avqustun 11-də başa çatacaq.
Təəssüratları: "Olimpiadada iştirak etməyim yaxşı hadisədir. Bununla belə, nəticə məni razı sala bilməz. Qarşıma qoyduğum məqsədə çata bilmədim. Fiziki hazırlığım qaydasındadır. Sadəcə, psixoloji cəhətdən yarışa tam hazır deyildim. Ümumiyyətlə, bu mövsüm mənim üçün çox da uğurlu keçmir. Bəzi rəqiblərim məni sözün yaxşı mənasında təəccübləndirdilər".
© Copyright 2025, All Rights Reserved