Paris-2024: Azərbaycan “France 2”ni şikayət edəcək!

Azərbaycan tərəfi "France 2" telekanalında olimpiadanın açılış mərasimində Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edəcək.
90plus.az xəbər verir ki, Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu barədə açıqlama verib:
"Şikayət hazırlanır, hazırda onun mətni tərtib edilir, bu gün şikayəti BOK-a göndərməyə çalışacağıq".
Qeyd: Paris 2024-ün açılış mərasimini yayımlayan "France 2" telekanalının aparıcıları canlı yayımda Azərbaycan təmsilçilərinə qarşı təxribat fikirlər səsləndiriblər.
ƏTRAFLI: https://www.facebook.com/share/p/rrVUbwtfuWdREk2V/?mibextid=WC7FNe
© Copyright 2025, All Rights Reserved